İsmayıllıda canavar sürüsü kəndə hücum edib

İsmayıllıda canavar sürüsü kəndə hücum edib Baytarlıq idarəsinin əməkdaşları əhaliyə xəbərdarlıq edib
Hadisə
276
31 May , 2016 13:38
İsmayıllıda canavar sürüsü kəndə hücum edib

İsmayıllı. 31 may. REPORT.AZ/ İsmayıllı rayonunun Qalınçaq kəndi canavarların kütləvi hücumuna məruz qalıb. “Report”un Aran bürosunun müxbirinin verdiyi məlumata görə, canavarlar kənd ərazisində mal-qaraya hücum edib. 

Kənd sakinlərinin sözlərinə görə, vəhşi heyvanların sürüyə hücumu zamanı Füzuli Ağamalıyev və Nəsimi Babayevə məxsus 15 baş iri buynuzlu mal-qaraya xəsarət yetiriblər. 

Əraziyə İsamyıllı Rayon Baytalıq İdarəsinin həkimləri gəlib.

Baytarlıq idarəsinin əməkdaşları əhaliyə xəbərdarlıq edib. Bildirilib ki, həmin ərazidə vəhşi heyvanlar xeyli sayda olduğundan, bu cür hücumlar çox ola bilər və bunun üçün də otlaq sahələrində ehtiyatlı olsunlar. 

Son xəbərlər

Orphus sistemi