İsmayıllıda bir nəfər bədbəxt hadisə nəticəsində ölüb

İsmayıllıda bir nəfər bədbəxt hadisə nəticəsində ölüb Hadisə ilə bağlı araşdırma başlanılıb
Hadisə
23 Dekabr , 2014 13:04
İsmayıllıda bir nəfər bədbəxt hadisə nəticəsində ölüb

Bakı. 23 dekabr. REPORT.AZ/ Azərbaycanın İsmayıllı rayonunda bir nəfər bədbəxt hadisə nəticəsində ölüb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 22-də İsmayıllı rayon sakini Seymur İmanov təmir işləri apardığı evin (2-ci mərtəbə) eyvanından yıxılaraq dünyasını dəyişib.

Hadisə ilə bağlı İsmayıllı Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Son xəbərlər

Orphus sistemi