İsmayıllıda "Azərsu"ya məxsus avtomobil qəza törədib: ölənlər və yaralananlar var

İsmayıllıda "Azərsu"ya məxsus avtomobil qəza törədib: ölənlər və yaralananlar var Faktla bağlı araşdırma aparılır
Hadisə
15 Noyabr , 2016 19:57
İsmayıllıda Azərsuya məxsus avtomobil qəza törədib: ölənlər və yaralananlar var

İsmayıllı. 15 noyabr. REPORT.AZ/ İsmayıllı rayonunda ağır yol qəzası baş verib. 

"Report"un Şirvan bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 170-ci kilometrliyində, rayonun Eyyubəyli kəndi ərazisində qeydə alınıb. 

Belə ki, "Niva" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Nəticədə "Mercedes" yoldan çıxaraq aşıb və zərbənin gücündən iki hissəyə ayrılıb. Hər iki avtomobildə ölənlər və yaralananlar var. 

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, "Niva" markalı avtomobil "Azərsu" ASC-nin balansındadır və qəza zamanı ölən sürücü də bu qurumun işçisidir. 

Son xəbərlər

Orphus sistemi