İsmayıllıda arvadını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

İsmayıllıda arvadını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib Bakı. 20 fevral. REPORT.AZ/ İsmayıllıda qətl törətməkdə təqsirləndirilən Elçin Cəfərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Hadisə
20 Fevral , 2019 09:50
İsmayıllıda arvadını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakı. 20 fevral. REPORT.AZ/ İsmayıllıda qətl törətməkdə təqsirləndirilən Elçin Cəfərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

"Report"un xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, ötən ilin yayında İsmayıllı rayonunda baş verib. Kürdmaşı kənd sakini, 1989-cu il təvəllüdlü Səfərova Ceyhunə Adil qızı həyat yoldaşı E.Cəfərov tərəfindən öldürülüb.

E.Cəfərov hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Son xəbərlər

Orphus sistemi