İsmayıllı. 11 avqust. REPORT.AZ/ İsmayıllı rayonunda 2 tona yaxın narkotik bitki məhv edilib
Bu barədə “Report”un Şirvan bürosuna DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Belə ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi və İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Xanagah kəndi ərazisində yabanı halda bitmiş ümumi çəkisi 1 ton 260 kiloqram olan 1733 ədəd, eləcə də Cülyan kəndi ərazisində ümumi çəkisi 520 kiloqram olan 462 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilərək yandırılma yolu ilə məhv edilib.