İsmayıllı sakini avtomobilində odlu silahla qətlə yetirilib

İsmayıllı sakini avtomobilində odlu silahla qətlə yetirilib İsmayıllı rayonunda qətl hadisəsi baş verib.
Hadisə
7 May , 2020 17:27
İsmayıllı sakini avtomobilində odlu silahla qətlə yetirilib

İsmayıllı rayonunda qətl hadisəsi baş verib.

"Report"un xəbərinə görə, rayonun Mişgəmirli kənd sakini, 1973-cü il təvəllüdlü Soltanov Ağasəf Murtuz oğlu İsmayıllı şəhər sakini, 2000-ci il təvəllüdlü Əzimov Şirxan Nazim oğlu tərəfindən şəxsi münasibətlər zəminində avtomobilində odlu silahla qətlə yetirilib.

Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə təhvil verilib. 

İsmayıllı Rayon Polis Şöbəsi və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirxan Əzimov saxlanılaraq istintaqa təhvil verilib. 

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi