İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən şəxsə hökm oxunub

İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən şəxsə hökm oxunub Bakı. 1 iyun. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən Zaur Eynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hadisə
1 İyun , 2018 16:26
İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 1 iyun. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən Zaur Eynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin (DTX) yaydığı məlumata əsasən, DTX-da aparılan cinayət işi üzrə intensiv antiterror tədbirləri zamanı 2017-ci il oktyabrın 27-də radikal-dini ekstremist cinayətkar birliyin üzvləri, Suriya, İraq dövlətlərinin ərazilərində dini ekstremizm zəminində təlim və döyüşlərdə iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları Əliyev Həsrət Əlihüseyn oğlu, Nəsrullayev Emil Rövşən oğlu, Dadaşov Elşad Hüseynağa oğlu və Eynalov Zaur Talıb oğlu saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

Z.Eynalovun cinayət işi ayrıca icraata ayrılıb.

Son xəbərlər

Orphus sistemi