Yuxarı

İşdən çıxarılan müəllimin məktəb direktoruna qarşı iddiası əsasında məhkəmə qərarı elan edilib

İşdən çıxarılan müəllimin məktəb direktoruna qarşı iddiası əsasında məhkəmə qərarı elan edilib
O, məhkəmənin qərarından kassasiya şikayəti verəcək

Bakı. 8 noyabr. REPORT.AZ/ Bu gün Şəki Apellyasiya Məhkəməsində müəllim vəzifəsindən çıxarılan Cavan Yunusovun məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Bu barədə "Report"a C.Yunusovun özü məlumat verib.

Onun sözlərinə görə, məhkəmə Oğuz rayon Calud kənd orta məktəbinin direktoru Lətif Abbasovun apellyasiya şikayətini təmin edib, birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv edilib.

C.Yunusov bildirib ki, məhkəmənin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcək.

Qeyd edək ki, Oğuz rayon Calud kənd orta məktəbindəki müəllim vəzifəsindən çıxarılan Cavan Yunusov işə bərpa edilmək üçün Oğuz Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə araşdırması nəticəsində onun əsassız olaraq işdən çıxarıldığı məlum olub. Nəticədə Məhkəmə C.Yunusovun iddiasını təmin edib.

Calud kənd orta məktəbinin direktoru Lətif Abbasov qərarla razılaşmayaraq Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib. Lakin Şəki Apellyasiya Məhkəməsi də müəllim C.Yunusovu haqlı çıxararaq qərarı qüvvədə saxlayıb. Daha sonra L.Abbasov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə isə qərarı ləğv edərək işin yenidən Şəki Apellyasiya Məhkəməsində baxılması barədə qərar çıxarıb.

Qeyd edək ki, C.Yunusovun 49 yaşı var, o, ixtisasca riyaziyyatçıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi