İş adamına qarşı 107 minlik dələduzluq edən ata-oğul apellyasiya şikayəti verib

İş adamına qarşı 107 minlik dələduzluq edən ata-oğul apellyasiya şikayəti verib Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təıqsirli bilinən ata-oğul - İlqar Məmmədov və Fərid Məmmədlinin apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.
Hadisə
22 Noyabr , 2019 12:43
İş adamına qarşı 107 minlik dələduzluq edən ata-oğul apellyasiya şikayəti verib

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təıqsirli bilinən ata-oğul - İlqar Məmmədov və Fərid Məmmədlinin apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.

"Report" xəbər verir ki, hakim Mirzəli Abbasovun sədrfliyi ilə keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib.

Mahiyyəti üzrə baxış iclası noyabrın 3-ə təyin edilib.

Qeyd edək ki, Məmmədov İlqar Əbdüləli oğluna 9 il, Məmmədli Fərid İlqar oğluna isə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli biliniblər.

Ata və oğul həbsdə olan iş adamı Azadxan Xanməmmədovun azadlığa buiraxılacağınlı vəd edərək, onun oğlu Tural Xanməmmədovdan ümumilikdə 107 min manat pul alaraq vədlərinə əməl etməməkdə ittiham edilirlər.

Xatırladaq ki, A.Xanməmmədov Bakıda çoxmərtəbəli yaşayış binalarının inşası ilə məşğul olub. O, 2017-ci ilin mayında xuliqanlıqda ittiham olunaraq 3 il müddətinə azadlıqdan məhrum edilib və cəzasının bir hissəsini çəkəndən sonra ötən ilin sonlarında azadlığa çıxıb.

İ.Məmmədli iş adamı A.Xanməmmədovla Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlandığı vaxt tanış olub.

Son xəbərlər

Orphus sistemi