İrandan Qazaxıstana narkotik maddə aparan şəxs Bakıda yaxalanıb

İrandan Qazaxıstana narkotik maddə aparan şəxs Bakıda yaxalanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
27 Fevral , 2017 11:38
İrandan Qazaxıstana narkotik maddə aparan şəxs Bakıda yaxalanıb

Bakı. 27 fevral. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitə və güclü təsir edən maddənin ölkə ərazisindən tranzit keçirilməklə qaçaqmalçılıq yolu ilə aparılmasına cəhdin qarşısını alıblar. 

Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

İdarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Tehran-Bakı-Aktau aviareysilə Azərbaycana gələrək Qazaxıstana getmək istəyən Qazaxıstan vətəndaşı Kazak Akhmada məxsus baqaj yoxlanılıb. Nəticədə, üzərində "Methadone 25" sözləri yazılmış 250 qram şüşə qabda şəffaf rəngli xüsusi iyə malik su şəklində maddə və üzərində "200" rəqəmi əks olunmuş 39 ədəd ağ rəngli həb aşkar edilib.

Faktla bağlı izahatında adı çəkilən vətəndaş bildirib ki, şüşə qabda olan mayeni və həbləri müalicə məqsədilə İranın Qorqan şəhərində alıb.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, üzərində "Methadone 25" sözləri yazılmış 250 qram şüşə qabda şəffaf rəngli xüsusi iyə malik su şəklində maddə metadon məhluludur və həmin məhlulda metadonun quru maddəsinin ümumi təmiz çəkisi 0,3 qram təşkil edir. Üzərində "200" rəqəmi əks olunmuş 39 ədəd ağ rəngli həb isə tramadol həbləridir və onlarda təsiredici maddənin miqdarı isə 7,8 qram təşkil edir.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına, tramadol isə "Güclü təsir edən maddələrin Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi