Pakistan vətəndaşı Azərbaycana gizli yolla narkotik keçirtmək istədi

Pakistan vətəndaşı Azərbaycana gizli yolla narkotik keçirtmək istədi Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda, İrandan Azərbaycana gələn Volvo markalı sərnişin avtobusu saxlanılıb və gömrük baxışı keçirilib.
Hadisə
1 May , 2019 13:57
Pakistan vətəndaşı Azərbaycana gizli yolla narkotik keçirtmək istədi

Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda, İrandan Azərbaycana gələn "Volvo" markalı sərnişin avtobusu saxlanılıb və gömrük baxışı keçirilib.

Komitədən “Report”a verilən məlumata görə, avtobusda olan sərnişin Pakistan vətəndaşı Shah Nasrat Yar Mat oğlunun əl yükünə rentgen aparatı ilə baxış keçirilərkən rəngli fonda şübhəli cizgilər müşahidə edilib.

Yoxlama zamanı 1 ədəd qara və 1 ədəd qəhvəyi rəngli çamadanların hər birinin daşınması üçün nəzərdə tutulan metal tutacaqların içərisindən ayrı-ayrılıqda 438 qram olan, ümumilikdə 876 qram narkotik vasitə-heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi