İrandan narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb

İrandan narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İrandan piyada yolla gələn Azərbaycan vətəndaşı saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.
Hadisə
8 İyul , 2019 13:29
İrandan narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İrandan piyada yolla gələn Azərbaycan vətəndaşı saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.

Komitədən “Report”a verilən məlumata görə, şəxsi yoxlama zamanı onun ayağına geyindiyi qəhvəyi rəngli ayaqqabının hər tayının altlığı kəsilərək həmin hissəyə yerləşdirilən şəffaf rəngli sellofona bükülü 2 ədəd bağlamada təqribi çəkisi 380 qram təşkil edən ağ rəngli, kristal şəkilli psixotrop maddə - metamfetamin, 5 ədəd bükümdə isə qəhvəyi rəngli, üzərində "M40" nişanəsi olan 43 ədəd bütöv, 6 ədəd isə parçalar halında olan "metadon" həbləri aşkarlanıb.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na, metadon isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi