İrandan gələn Gürcüstan vətəndaşının maşınında çətənə bitkisinin toxumları aşkar edilib

İrandan gələn Gürcüstan vətəndaşının maşınında çətənə bitkisinin toxumları aşkar edilib Faktla bağlı araşdırma aparılır
Hadisə
12 İyul , 2017 13:48
İrandan gələn Gürcüstan vətəndaşının maşınında çətənə bitkisinin toxumları aşkar edilib
Report

Bakı. 12 iyul. REPORT.AZDövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin yük şöbəsində Azərbaycan ərazisindən tranzit gömrük proseduru altında keçməklə İrandan Gürcüstana gedən Gürcüstan vətəndaşı Vatsadze Gocha Quram oğlunun idarə etdiyi "Mercedes" markalı, PA5867BM nömrəli yük nəqliyyat vasitəsinə kinoloji xidmət iti tətbiq edilməklə baxış keçirilib. Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Xidməti it dartıcının kabinəsinə reaksiya verdiyi üçün nəqliyyat vasitəsi saxlanılaraq təkrar yoxlanılıb. Yoxlama zamanı kabinədə, sürətlər qutusunun üzərində, avadanlıqlar üçün nəzərdə tutulmuş rəfdə 1 ədəd bükümdə olmaqla, ümumi xalis çəkisi 0,306 qram təşkil edən 13 ədəd çətənə bitkisinin toxumları aşkar edilib.

Daha sonra zərurət yarandığı üçün vətəndaşın üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı isə vətəndaşın üzərində 3 ədəd bükümdə olmaqla, ümumi xalis çəkisi 0,421 qram təşkil edən psixotrop maddə - metamfetamin və 1 ədəd bükümdə xalis çəkisi 0,895 qram təşkil edən narkotik vasitə - həşiş aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi