​İrandan gələn Azərbaycan vətəndaşının cibindən narkotik vasitə aşkar edilib

​İrandan gələn Azərbaycan vətəndaşının cibindən narkotik vasitə aşkar edilib İsmayıl Əlizadənin cibindən 41 ədəd metadon adlı həb, çantasının cibində isə 200 ml metadon məhlulu tapılıb
Hadisə
23 Oktyabr , 2015 13:13
​İrandan gələn Azərbaycan vətəndaşının cibindən narkotik vasitə aşkar edilib

Bakı. 23 oktyabr.REPORT.AZ/ İrandan gələn Azərbaycan vətəndaşının cibindən narkotik vasitə aşkarlanıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində Azərbaycan vətəndaşı İsmayıl Əlizadənin üzərindən narkotik maddə aşkar edilib. 

Yoxlama zamanı İ.Əlizadənin cibindən 41 ədəd metadon adlı həb, çantasının cibində isə 200 ml metadon məhlulu tapılıb. 

Məlumata görə, “Metadone” adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və 41 ədəd həbdə metadonun təsiredici maddəsinin xalis çəkisi 0.82 qram, 200 ml məhlulda isə metadonun təsiredici maddəsinin ümumi çəkisi 0.2 qram təşkil edir.

Faktla bağlı təhqiqat aparılır.

Son xəbərlər

Orphus sistemi