İrandan Azərbaycana qanunsuz yolla siqaret gətirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana qanunsuz yolla siqaret gətirilməsinin qarşısı alınıb Bakı. 13 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İrandan gələn Azərbaycan vətəndaşının əl yükləri rentgen aparatından keçirilərkən şübhəli cizgilər müşahidə olunub və əl yükləri yoxlanılıb.
Hadisə
13 Dekabr , 2018 17:16
İrandan Azərbaycana qanunsuz yolla siqaret gətirilməsinin qarşısı alınıb
0 : 00
0 : 00

Bakı. 13 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İrandan gələn Azərbaycan vətəndaşının əl yükləri rentgen aparatından keçirilərkən şübhəli cizgilər müşahidə olunub və əl yükləri yoxlanılıb.

Komitədən “Report”a verilən məlumata görə, baxış zamanı vətəndaşa məxsus əl yükündən əvvəlcədən gömrük orqanına bəyan olunmayan 5 000 ədəd "Senator" adlı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi