İrandan Azərbaycana qanunsuz siqaret keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana qanunsuz siqaret keçirilməsinin qarşısı alınıb Azərbaycan vətəndaşının əl yüklərində 13 000 ədəd siqaret aşkar edilib
Hadisə
12 Dekabr , 2016 12:55
İrandan Azərbaycana qanunsuz siqaret keçirilməsinin qarşısı alınıb

Bakı. 12 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşının əl yüklərinə “Heimann X-Ray” rentgen yük yoxlama qurğusunda baxış keçirilib.

"Report"un Komitəyə istinadən verdiyi xəbərə görə, yoxlama zamanı əl yüklərinə daxil olan 4 ədəd çantadakı müxtəlif ərzaq məhsullarının arasından, gömrük nəzarətinə bəyan olunmayan 13 000 ədəd siqaret aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi