İrandan Azərbaycana piyada gələn şəxsin üzərindən "Metadon" tapılıb

İrandan Azərbaycana piyada gələn şəxsin üzərindən "Metadon" tapılıb Faktla bağlı araşdırma aparılır
Hadisə
8 Aprel , 2017 13:52
İrandan Azərbaycana piyada gələn şəxsin üzərindən Metadon tapılıb

Bakı. 8 aprel. REPORT.AZ/ Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən "Report"a daxil olan xəbərə görə, yoxlama zamanı vətəndaşın şalvarının cibində 3 ədəd "Metadon" adlı həb aşkar olunub.

Xatırladaq ki, "Metadon" "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və aşkar olunan 3 ədəd həbdə "Metadon"un təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram təşkil edib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi