İrandan Azərbaycana narkotik maddə keçirmək istəyənlər saxlanılıb

İrandan Azərbaycana narkotik maddə keçirmək istəyənlər saxlanılıb DSX əməliyyat-istintaq tədbirlərini davam etdirir
Hadisə
12 Yanvar , 2016 09:53
İrandan Azərbaycana narkotik maddə keçirmək istəyənlər saxlanılıb

Bakı. 12 yanvar. REPORT.AZ/ Biləsuvar rayonu ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Biləsuvar rayon sakinləri Cəfərov Fuad Abbasqulu oğlu və Rəhimov Samir Ataş oğlu 1000 qutu “MM” markalı və 470 qutu “Continental” markalı siqaretləri dövlət sərhədindən keçirməyə cəhd göstərərkən saxlanılıb. Bu barədə "Report"a Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən məlumat verilib.

Məlumata görə, yanvar ayının 9-da həmin sərhəd zastavanın xidməti sahəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakinləri Əliyev Rövşən Tofiq oğlu, İbişov Elşad Rafiq oğlu və Qasımzadə Musa Azad oğlu narkotik vasitə olan 3,9 kq həşiş qətranı və 3,7 kq marixuana ilə saxlanılıb.

Yanvarın 10-da Füzuli rayon Əhmədalılar kənd ərazisindəki zastavanın xidməti sahəsində Azərbaycandan İrana keçməyə cəhd göstərərkən 3 nəfər Banqladeş Xalq Respublikası vətəndaşları Kansar Mohammad, Motabbar Mahin və Sarkan Anasdır saxlanıl­ıb. Saxlanılan şəxslərin dövlət sərhədini pozmaqla İrana, oradan isə qaçaq yolla Türkiyəyə keçmək niyyətində olmaları müəyyən edilib.

Hər üç fakt üzrə DSX əməliyyat-istintaq tədbirlərini davam etdirir.

Son xəbərlər

Orphus sistemi