İrandan Azərbaycana narkotik maddə gətirən keçmiş məhkum saxlanılıb

İrandan Azərbaycana narkotik maddə gətirən keçmiş məhkum saxlanılıb Bakı. 22 fevral. REPORT.AZ/ İrandan Azərbaycana külli miqdarda narkotik maddə keçirən şəxs saxlanılıb.
Hadisə
22 Fevral , 2019 12:18
İrandan Azərbaycana narkotik maddə gətirən keçmiş məhkum saxlanılıb

Bakı. 22 fevral. REPORT.AZ/ İrandan Azərbaycana külli miqdarda narkotik maddə keçirən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, fevralın 21-də Cəlilabad rayon Polis şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində dövlət sərhədini pozmuş Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş Q.Yaqubov saxlanılıb.

Saxlanılan şəxsin İrandan gətirdiyi narkotik tərkibli vasitələri Kövüzbulaq kəndində yaşayan qohumuna məxsus yardımçı təsərrüfatda gizlətməsi müəyyən edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən yardımçı təsərrüfatdan çəkisi 4 kiloqram olan heroin və 2 kiloqram olan tiryək aşkar edilərək götürülüb.

Araşdırmalar aparılır. 

Son xəbərlər

Orphus sistemi