​İrandan Azərbaycana narkotik gətirən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

​İrandan Azərbaycana narkotik gətirən şəxsin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin baxış iclası avqustun 10-na təyin edilib
Hadisə
28 İyul , 2016 09:10
​İrandan Azərbaycana narkotik gətirən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 28 iyul. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qaçaqmalçılıq və narkotik vasitələrinin qanunsuz dövriyyəsində təqsirləndirilən İran vətəndaşı Sərdarpur Fərxəran oğlu Hüseynin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

“Report”un xəbərinə görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası avqustun 10-na təyin edilib.

Qeyd edək ki, S.Hüseyn ötən ilin sentyabr ayının 14-də İrandan Azərbaycana keçərkən Biləsuvar rayonu ərazisində saxlanılıb. Baxış zamanı onun üzərindən 1 kiloqramdan artıq narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Hüseyn 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi