Bakı. 1 mart. REPORT.AZ/ Cəlilabad rayonunun Sərxanlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhədçilərin sayıqlığı sayəsində külli miqdarda narkotik vasitənin ölkəyə gətirilməsinin qarşısı alınıb. "Report"un məlumatına görə, İran İslam Respublikasından Azərbaycan istiqamətində hərəkət edən iki nəfər sərhəd pozucusu sərhəd naryadının qanuni tələblərinə və xəbərdarlıq atəşinə məhəl qoymayaraq havanın qaranlıq olmasından istifadə edərək geriyə qaçmağa müvəffəq olublar.
Sərhəd pozucularının hərəkət marşrutuna baxış keçirilərkən ərazidə külli miqdarda narkotik maddə olan 4 kq 400 qram kakos və 2 kq tiryək aşkar olunaraq götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.