İrandan Azərbaycana heroin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana heroin keçirilməsinin qarşısı alınıb Faktla bağlı araşdırma aparılır
Hadisə
20 May , 2017 11:03
İrandan Azərbaycana heroin keçirilməsinin qarşısı alınıb

Bakı. 20 may. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi, saxlanılması və daşınması barədə əməliyyat məlumatı daxil olub.

“Report” DGK-ya istinadən xəbər verir ki, idarənin və Biləsuvar Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılıb və müvafiq əməliyyat tədbirləri həyata keçirilib.

Nəticədə Azərbaycan vətəndaşı, Yardımlı rayon Zevin kənd sakini Ağayev Ayəz Güləhməd oğlu saxlanılıb və ondan satmaq istədiyi bir ədəd bağlamada xalis çəkisi 780 qram olan narkotik vasitə-heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi