Yuxarı

​İrana casusluq etdiklərinə görə ömürlük həbs cəzası alan şəxslərin işindən apellyasiya şikayəti verilib

Bakı Apellyasiya Məhkəməsinə təqdim edilən şikayətə oktyabrın 19-da baxılacaq

Bakı. 17 oktyabr. REPORT.AZ/ Dövlətə xəyanətdə və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Hafiz Ramiz oğlu Vəliyev və Ağamir Novruz oğlu Ağamirov barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

"Report"un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsinə təqdim edilən şikayətə oktyabrın 19-da baxılacaq.

Qeyd edək ki, İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən hər iki şəxs Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddələrilə ittiham olunublar.

H.Vəliyev və A.Ağamirov 2014-cü ilin fevral ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum ediliblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi