İran vətəndaşının daxili orqanında narkotik və psixotrop maddə aşkarlanıb

İran vətəndaşının daxili orqanında narkotik və psixotrop maddə aşkarlanıb Bakı. 25 yanvar. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, piyada yolla İrandan gələn bu ölkə vətəndaşı Astara gömrük postunda saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.
Hadisə
25 Yanvar , 2019 12:13
İran vətəndaşının daxili orqanında narkotik və psixotrop maddə aşkarlanıb
0 : 00
0 : 00

Bakı. 25 yanvar. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, piyada yolla İrandan gələn bu ölkə vətəndaşı Astara gömrük postunda saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Şəxsi yoxlama zamanı onun üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasada, daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan vətəndaşın tibbi müayinəsi nəticəsində - düz bağırsağından, şəffaf sellofana bükülü 3 ədəd yumru uzunsov formalı bağlama və bir ədəd büküm aşkarlanıb. Baxış zamanı 3 ədəd bağlamada qablaşdırılması ilə birlikdə çəkisi 165 qram təşkil edən ağ rəngli, kristal formada psixotrop maddə-metamfetamin və bir ədəd bükümdə isə ümumi çəkisi 0,35 qram təşkil edən tünd qəhvəyi rəngli narkotik vasitə - heroin, həmçinin həmin bükümün içərisində qəhvəyi rəngli, yumru formalı, üzərində "M40" yazısı olan 2 ədəd metadon və 2 ədəd "Clonazepam" həbləri aşkar edilib.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir. Metadon ölkə ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə, "Clonazepam" adlı dərman preparatı isə dövriyyəsinə nəzarət edilən psixotrop maddədir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi