Yuxarı

İran vətəndaşı Salyanda qəza törətdi, xəsarət alan var

​İran vətəndaşı Salyanda qəza törətdi, xəsarət alan var

Salyanda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə səhər saatlarında Ələt-Astara magistral yolunun rayonun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İran İslam Respublikasının vətəndaşı, Biləsuvar rayon sakini Novbət Xudaverdi Əli oğlu idarə etdiyi “TIR” yük maşını ilə hərəkətdə olarkən avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. N.Xudaverdi Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi