İran vətəndaşı Azərbaycandan 10 pişik balasını çıxartmağa çalışarkən saxlanılıb

İran vətəndaşı Azərbaycandan 10 pişik balasını çıxartmağa çalışarkən saxlanılıb Bakı. 18 may. REPORT.AZ/ Azərbaycan dövlət sərhədini pozmağa cəhd göstərən İran vətəndaşı saxlanılıb.
Hadisə
18 May , 2018 12:56
İran vətəndaşı Azərbaycandan 10 pişik balasını çıxartmağa çalışarkən saxlanılıb
dsx.gov.az
0 : 00
0 : 00

Bakı. 18 may. REPORT.AZ/ Azərbaycan dövlət sərhədini pozmağa cəhd göstərən İran vətəndaşı saxlanılıb. 

Dövlət Sərhəd Xidmətindən (DSX) "Report"a verilən məlumata görə, mayın 17-də dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

Belə ki, Horadiz sərhəd dəstəsinin xidməti ərazisində Azər­bay­can Respublikasından İran İslam Res­publikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 nəfər şəxs sərhəd naryadı tərəfindən saxlanıl­ıb. Sərhəd pozucusunun tutulduğu əraziyə ba­xış keçirilərkən 1 qu­tuda “Şotland pişik cinsi”nə aid 10 baş pişik balası aşkar olun­­ub.

Sərhəd pozucusunun İran İslam Respublikasının vətəndaşı 1983-cü il təvəllüdlü Mima Fərhad Kakavənd olması, pişik bala­larını satış məqsədi ilə İran İslam Respublikasına qaçaqmal yolu ilə aparmaq istəməsi müəy­yən edilib.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi