Yuxarı

İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilib

Ödəniş kartı ilə aparılan valyuta əməliyyatları üzrə icbari yığımın ödənilməməsinə görə cərimə müəyyənləşdirilib

Bakı. 19 yanvar. REPORT.AZ/ Ödəniş kartı ilə aparılan valyuta əməliyyatları üzrə icbari yığımın ödənilməməsinə görə fiziki və hüquqi şəxslər ödənilməmiş məbləğin yüz faizi miqdarında cərimə ediləcəklər. “Report” xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni əlavə (225.5-ci maddə) müzakirə olunub.

Məcəlləyə təklif edilən əlavə səsverməyə qoyularaq qəbul edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi