Yuxarı

​Azərbaycanda bir neçə gün əvvəl intihara cəhd etmiş vəzifəli şəxs dünyasını dəyişib

Füzuli Şərifov 1 şüşə bit dərmanı qəbul edib

Bakı. 9 dekabr. REPORT.AZ/ Dekabrın 2-də bit dərmanı içərək özünə qəsd edən Quba Rayon İcra Hakimiyyətinin Xınalıq kəndi üzrə nümayəndəsi bu gün axşam saatlarında dünyasını dəyişib.

"Report" xəbər verir ki, 48 yaşlı Füzuli Şərifov güclü zəhərlənmə diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxananın müalicə işləri üzrə baş həkiminin müavini Əlyar Sərvərov icra nümayəndəsinin tibb müəssisəsinə çox ağır və huşsuz vəziyyətdə gətirildiyini bildirib. Onun sözlərinə görə, Reanimasiya şöbəsində xəstəyə bir neçə saat ciddi şəklidə ilkin tibbi yardım göstərilib. F.Şərifov ağır vəziyyətdən çıxarılıb. Bundan sonra o, Bakıdan çağırılmış toksikoloqun müşayiəti ilə paytaxtın 1 Saylı Şəhər Kliniki Xəstəxanasının Toksikologiya şöbəsinə göndərilib.

Lakin paytaxt xəstəxanasında müalicə bir səmərə verməyib və icra nümayəndəsi bu gün 21:05-də dünyasını dəyişib.

Əlyar Sərvərovun sözlərinə görə, o, niafidol adlanan və maye halında olan 1 şüşə bit dərmanı qəbul edib.

F. Şərifovun hansı səbəbdən həyatına qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Qubanın hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi