“İnterpol” xətti ilə axtarışda olan azərbaycanlı qadın Türkiyədə saxlanılıb

“İnterpol” xətti ilə axtarışda olan azərbaycanlı qadın Türkiyədə saxlanılıb Onun ekstradisiyası üçün tədbirlər görülür
Hadisə
4 Yanvar , 2018 11:01
“İnterpol” xətti ilə axtarışda olan azərbaycanlı qadın Türkiyədə saxlanılıb

Bakı. 4 yanvar. REPORT.AZ/ “İnterpol” xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı Türkiyədə saxlanılıb.

“Report”un məlumatına görə, dələduzluq törətməkdə təqsirləndirilən Samirə Ələkbərovanın Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür.

Qeyd edək ki, Səbail Rayon Polis İdarəsi tərəfindən 1977-ci il təvəllüdlü Ələkbərova Samirə Ramiq qızı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə axtarış elan edilmişdi.

Son xəbərlər

Orphus sistemi