Bakı. 4 dekabr. REPORT.AZ/ Bakı
"Report"un xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində İbrahim Səfərov ifadə verib.
O, RİÇ firmasının təsisçisi olduğunu, 1996-99-cu illərdə isə "Azərbaqqaliyə" TTK-dan bir neçə dəfə şəkər tozu aldığını bildirib.
Zərərçəkmiş qeyd edib ki, xaricdən mal almaq üçün pulu təqsirləndirilən E.Xəlilova verib: "Emil Xəlilov da ölkəyə gətirdiyi malı "Azərbaqqaliyə" TTK-ya satırdı. Lakin sonda aldadıldım".
İ.Səfərovun sözlərinə görə, köhnə Azərbaycan manatı ilə ona 675 min manat zərər dəyib. O, zərərin ödənməsini istəyib.
Məhkəmənin növbəti iclası dekabrın 6-na təyin edilib.
İttiham aktına əsasən, E.Xəlilov 1996-1999-cı illərdə hazırkı məzənnə ilə dövlətə, ümumilikdə, 3 milyon 381 min AZN zərər vurub.
Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
E.Xəlilov uzun müddət beynəlxaql axtarışda olub. O, bu il avqustun 8-də Ukraynada həbs edilib və Azərbaycana ekstadisiya olunub.