"İnterpol"un həbs etdiyi azərbaycanlı özünü təqsirli bilməyib

"İnterpol"un həbs etdiyi azərbaycanlı özünü təqsirli bilməyib Məhkəmənin növbəti iclası noyabrın 15-nə təyin edilib
Hadisə
12 Noyabr , 2018 18:06
İnterpolun həbs etdiyi azərbaycanlı özünü təqsirli bilməyib

Bakı. 12 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Emil Xəlilovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bu barədə "Report"a E.Xəlilovun vəkili Xəqani İmanov məlumat verib.

Onun sözlərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə E.Xəlilov özünü təqsirli bilmədiyini deyib.

O, növbəti iclasda sərbəst ifadə verəcək.

Məhkəmənin növbəti iclası noyabrın 15-nə təyin edilib.

İttiham aktına əsasən, E.Xəlilov 1996-1999-cı illərdə hazırkı məzənnə ilə dövlətə, ümumilikdə, 3 milyon 381 min AZN zərər vurub.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

E.Xəlikov uzun müddət beynəlxaql axtarışda olub. O, bu il avqustun 8-də Ukraynada həbs edilib və Azərbaycana ekstadisiya olunub.

Son xəbərlər

Orphus sistemi