"İnterfaks-Azərbaycan"ın baş direktoru dekabrın 23-də dəfn olunacaq - YENİLƏNİB

"İnterfaks-Azərbaycan"ın baş direktoru dekabrın 23-də dəfn olunacaq - YENİLƏNİB Bakı. 22 dekabr. REPORT.AZ/ İnterfaks-Azərbaycan informasiya agentliyinin baş direktoru Aleksandr İvanov Bakıda dekabrın 23-də dəfn olunacaq.
Hadisə
22 Dekabr , 2017 15:10
İnterfaks-Azərbaycanın baş direktoru dekabrın 23-də dəfn olunacaq - YENİLƏNİB

Bakı. 22 dekabr. REPORT.AZ/ "İnterfaks-Azərbaycan" informasiya agentliyinin baş direktoru Aleksandr İvanov Bakıda dekabrın 23-də dəfn olunacaq.

"Report" xəbər verir ki, A.İvanov ilə vida mərasimi Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında saat 12-dən 14-dək keçiriləcək.

A.İvanov Bakıda Yasamal qəbiristanlığında dəfn ediləcək.

Vətəndaşlar üçün vida mərasimi Bakı Əyləncə Mərkəzinin "Eliza" zalında baş tutacaq.


*** 12:25

"İnterfaks-Azərbaycan" informasiya agentliyinin baş direktoru Aleksandr İvanov Bakıda dəfn olunacaq. 

"Report" xəbər verir ki, onun cəsədi dekabrın 23-də Moskvadan Bakıya gətiriləcək və Azərbaycan paytaxtındakı qəbiristanlıqlardan birində torpağa tapşırılacaq.

Bu gün isə Moskvada Aleksanda İvanovla vida mərasimi keçiriləcək.

Xatırladaq ki, "İnterfaks-Azərbaycan"ın baş direktoru ötən gün beyninə qan sızması nəticəsində ömrünün 68-ci ilində Moskvada vəfat edib. O, 1950-ci il iyulun 12-də Bakıda anadan olub, 2005-ci ilin avqust ayında "İnterfaks-Azərbaycan"ın baş direktoru təyin edilib. 

Son xəbərlər

Orphus sistemi