"İnstagram"da tanış olduğu qadından pul istəyən şəxsin şikayəti təmin edilməyib

"İnstagram"da tanış olduğu qadından pul istəyən şəxsin şikayəti təmin edilməyib Bakı. 28 dekabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qadına qarşı hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Samir İsmayılzadə və Şəhriyar Abbasovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
28 Dekabr , 2018 10:15
İnstagramda tanış olduğu qadından pul istəyən şəxsin şikayəti təmin edilməyib

Bakı. 28 dekabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qadına qarşı hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Samir İsmayılzadəŞəhriyar Abbasovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hər iki şəxsin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Mədinə Rzayeva (ad və soyad şərti) "İnstagram" sosial şəbəkəsində tanış olduğu kişinin onu şantaj etdiyini bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Füzuli rayon sakini S.İsmayılzadə və qohumu Ş.Abbasov zərərçəkmişdən 2000 manat alan zaman saxlanılaraq məsuliyyətə cəlb edilib.

İttihama görə, həmin şəxslər qadından, ümumilikdə, 13 min manata yaxın pul alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Abbasov 8 il, S.İsmayılzadə isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

Son xəbərlər

Orphus sistemi