​İnsan alverində təqsirləndirilən qadına hökm oxunub

​İnsan alverində təqsirləndirilən qadına hökm oxunub O, 4 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
1 Mart , 2016 17:05
​İnsan alverində təqsirləndirilən qadına hökm oxunub

Bakı. 1 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı bir qrup qadını fahişəliyə cəlb etməkdə ittiham olunan Sima Ramazanzadənin cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Ramazanzadə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Ramazanzadə Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə ittiham edilib. O, Daxili İşlər Nazirliyinin İnsan Alveri ilə qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi