İnquşetiyada 24 Azərbaycan vətəndaşı saxlanılıb
Hadisə
- 24 avqust, 2017
- 07:18
Bakı. 24 avqust. REPORT.AZ/ İnquşetiyada qanunsuz əmək fəaliyyətinə görə 24 Azərbaycan vətəndaşı saxlanılıb.
"Report" İnquşetiya Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, pozuntular Nazranda aparılan yoxlamalar nəticəsində aşkar edilib.
Qanunu pozanların hamısı polis əməkdaşları tərəfindən saxlanılıb, məlumatlar bazasında yoxlanılıb. Onlar barəsində inzibati protokollar hazırlanıb. Sanksiyalara əsasən, saxlanılanlar sonradan Rusiyadan çıxarılmaqla 5 min rubla qədər cərimələnəcəklər. Tərtib edilən inzibati materiallar müvafiq prosessual qərarın qəbulu üçün Maqasski rayon məhkəməsinə verilib.
Əcnəbiləri qanunsuz şəkildə işə götürən tikinti şirkəti barəsində isə inzibati icraata başlanılıb.
Son xəbərlər
01:10
SEPAH ABŞ-yə bağlı altı gəmini vurub - YENİLƏNİB
Region01:06
"Bloomberg": Amerikalıların əksəriyyəti süni intellekt data mərkəzlərinin tikintisinin əleyhinədir
Digər ölkələr00:43
Rusiya ordusunun Ukraynanın Çuquyev şəhərinə hücumu nəticəsində üç nəfər ölüb
Digər ölkələr23:54
Ağdamda traktor minaya düşüb
Hadisə23:48
Foto
"Baku TV" turistlərin Şuşanın tarix və təbiətinə ziyan vermələri ilə bağlı süjet hazırlayıb
Daxili siyasət23:37
İspaniya hökuməti Seutada vəziyyəti nəzarətə götürüb
Digər ölkələr23:01
Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
Futbol22:45
İran XİN ABŞ-nin tankerlərə hücumunu qınayıb
Region22:26