Qəbələdə 35 yaşlı qadın intihar edib - YENİLƏNİB

Qəbələdə 35 yaşlı qadın intihar edib - YENİLƏNİB Qəbələ. 27 yanvar. REPORT.AZ/ Qəbələ rayonunda özünü asaraq intihar edən qadının şəxsiyyəti məlum olub.
Hadisə
27 Yanvar , 2019 23:32
Qəbələdə 35 yaşlı qadın intihar edib - YENİLƏNİB

Qəbələ. 27 yanvar. REPORT.AZ/ Qəbələ rayonunda özünü asaraq intihar edən qadının şəxsiyyəti məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, rayonun Nic qəsəbəsinin sakini, 1984-cü il təvəllüdlü İnqa Oqonova yaşadığı evin həyətində özünü asaraq intihar edib. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


*** 21:54

Qəbələ. 27 yanvar. REPORT.AZ/ Qəbələ rayonunda intihar hadisəsi baş verib.

"Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə Nic qəsəbəsində qeydə alınıb. 

Belə ki, həmin qəsəbənin sakini, hələlik şəxsiyyəti məlum olmayan qadın özünü yaşadığı evdə asaraq intihar edib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.

Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qəbələ rayon şöbəsinə yerləşdirilib. 

Daha əvvəl Qəbələ sakinindən ov tüfəngi aşkarlanıb. 

Son xəbərlər

Orphus sistemi