Yuxarı

İngiltərə çempionatının oyunları məşq bazalarında keçirilə bilər

İngiltərə çempionatının oyunları məşq bazalarında keçirilə bilər

İngiltərə Premyer Liqasında 2019-2020 mövsümünə yayda təcrid düşərgələrində yekun vurula bilər.

"Report" Britaniya mətbuatına istinadən xəbər verir ki, assosiasiya qalan 92 oyunu stadionlarda deyil, təlim-məşq bazalarında təşkil etmək variantını nəzərdən keçirir.

Matçların hər gün azarkeşsiz oynanılması planlaşdırılır. Bütün qarşılaşmaların televiziya vasitəsilə yayımlanacağı gözlənilir. Hökumətin də bu ideyanı dəstəklədiyi iddia olunub.

Qeyd edək ki, İngiltərə Premyer Liqası koronavirus pandemiyasına görə martın 13-də dayandırılıb. Turnir cədvəlinə 29 turdan sonra 82 xalla "Liverpul" başçılıq edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi