Yuxarı

​İmişlidə zəncirvari yol qəzasında 5 nəfər yaralanıb

Yaralılardan birinin vəziyyəti ağırdır

İmişli. 14 avqust. REPORT. AZ/ İmişlidə 5 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə ötən gün gecə saatlarında İmişli-Kürdəmir avtomobil yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Əvvəlcə “QAZ-53” markalı avtomobil yolun kənarında dayanan traktora çırpılıb. Bundan sonra Balakən rayon sakini, 32 yaşlı Kənan Fazil oğlu Lələyev idarə etdiyi TIR-ı saxlaya bilmədiyindən “QAZ-53” markalı avtomobilə çırpılıb. Nəticədə TIR-ın sürücüsü də daxil olmaqla “QAZ-53”ün kuzovunda olan Saatlı rayon sakinləri - 18 yaşlı Cavid Cəfər oğlu Abbasov, 25 yaşlı Zülfüqar Yadigar oğlu Qurbanov, 17 yaşlı Əkbər Valeh oğlu Fətullayev və 17 yaşlı Elşən Mehman oğlu Fətəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq onlara ilk tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Cavid Abbasovun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi