İmişlidə yol qəzası olub, ölən var - FOTO - VİDEO - YENİLƏNİB

İmişlidə yol qəzası olub, ölən var - FOTO - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
28 Noyabr , 2019 19:50
İmişlidə yol qəzası olub, ölən var - FOTO - VİDEO - YENİLƏNİB
Report

Video əlavə olunub


*** 18:34

İmişli rayonunda yol qəzası baş verib.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Şahverdili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Gəncəliyev Vüsal Mustafa oğlunun idarə etdiyi "Renault Megane" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Onun meyiti deformasiyaya uğramış avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi