İmişlidə yol qəzasında xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilib - FOTO - YENİLƏNİB

İmişlidə yol qəzasında xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilib - FOTO - YENİLƏNİB Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
27 Aprel , 2017 12:32
İmişlidə yol qəzasında xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilib - FOTO - YENİLƏNİB
Report.az

İmişli. 27 aprel. REPORT.AZ/ İmişli rayonunda ağır yol qəzasında xəsarət alan üç nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

"Report"un Aran bürosunun məlumatına görə, iki avtomobilin toqquşması ilə baş verən qəzada İmişli rayon sakinləri - 32 yaşlı Yusif Akif oğlu Əsgərov, 53 yaşlı Roza Hidayət qızı Şükürova və 45 yaşlı Diləfruz Əziz qızı Mehdiyeva yaralanıb. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstaxanadan bildirilib ki, yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.


 *** 11:54

İmişli rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 

Belə ki, “VAZ-2199” markalı avtomobillə “VAZ-2107” markalı avtomobil toqquşub. İlkin məlumata görə, İmişli sakini, 22 yaşlı Əliyar Telman oğlu Kərimov və ondan başqa daha 3 nəfər yaralanıb. Yaralılar İmişli Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi