Yuxarı
    Bağlamaq

    İmişlidə yol qəzası baş verib, 2 nəfər xəsarət alıb

    Hər iki şəxs xəstəxanada ilk tibbi yardım aldıqdan sonra travmotologiya şöbəsinə yerləşdirilib

    Bakı. 19 iyul. REPORT. AZ/ İmişli rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

    “Report”un Aran bürosu xəbər verir ki, hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri almış rayon sakinləri - 46 yaşlı Yeganə Bəhrəm qızı Behbudova və onun bacısı - 36 yaşlı Əzizbəyim Bəhrəm qızı Quliyeva Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

    Hər iki şəxs xəstəxanada ilk tibbi yardım aldıqdan sonra travmotologiya şöbəsinə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi