İmişlidə reyd zamanı 27 sürücü cərimələnib

İmişlidə reyd zamanı 27 sürücü cərimələnib Reyd zamanı polis əməkdaşlarından qaçmağa çalışan sürücülər də olub
Hadisə
19 Oktyabr , 2015 00:42
İmişlidə reyd zamanı 27 sürücü cərimələnib

Bakı. 19 oktyabr. REPORT.AZ/ İmişli rayonunda keçirilən reyd zamanı qayda pozuntusuna yol verən sürücülər cərimələnib.

"Report" xəbər verir ki, İmişli rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsi və Post Patrul Xidməti əməkdaşlarının birgə keçirdiyi reyd zamanı şəhərin müxtəlif küçələrində postlar qurulub.

Reyddə avtomobillərində konstruksiya dəyişikliyi edən, sürücülük vəsiqəsi olmadan maşın sürən, eləcə də yol hərəkəti qaydalarını pozan sürücülər saxlanılıb. Hətta reyd zamanı polis əməkdaşlarından qaçmağa çalışan sürücülər də olub.

Keçirilən reyd zamanı 27 sürücü barəsində inzibati qaydada protokol tərtib edilib.

Son xəbərlər

Orphus sistemi