Yuxarı

İmişlidə qəza nəticəsində 3 nəfər xəsarət alıb

Hadisə İmişli şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ İmişli rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Report"un məlumatına görə, hadisə İmişli şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, Ağsu rayon sakini 1980-cı il təvəllüdlü Samir Səlim oğlu Allahverdiyev idarə etdiyi "Hyundai" markalı avtomobillə hərəkətdə olarkən "VAZ-021" markalı avtomobilə toqquşub. 

Hadisə zamanı "Hyundai"ın sürücüsü həmyerliləri 1969-cu il təvəllüdlü Xatirə Məhəmməd qızı Novruzəliyeva və onun həyat yoldaşı, 1964-cü il təvəllüdlü Vüqar Mirağa oğlu Novruzəliyev müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

Novruzəliyev İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi