İmişlidə qeyri-adi quzu doğulub - FOTO

İmişlidə qeyri-adi quzu doğulub - FOTO Heyvanın alt çənəsi üst çənəsindən ayrıdır
Hadisə
14 İyul , 2017 07:48
İmişlidə qeyri-adi quzu doğulub - FOTO
Foto: Report.az

İmişli. 14 iyul. REPORT.AZ/ İmişlidə qeyri-adi quzunun doğulması görənlərin marağına səbəb olub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Əliqulular kənd sakini Yaqub Baxışəliyevin təsərrüfatında qeydə alınıb.

Təsərrüfat sahibi indiyə qədər ikiayaqlı və üçayaqlı heyvan görsə də belə bir quzu ilə rastlamadığını deyir. Belə ki, doğulan quzunun alt çənəsi üst çənəyə bitişmədən aşağıda qalıb. Eyni zamanda quzunun qulaq orqanları və alt çənəsi boğaz nahiyəsinə doğru yerini dəyişib. Bu isə heyvanın qidalanmasına xeyli çətinlik yaradır.

Yeni doğulan quzu artıq 3 gündür yaşayır. O, qidalanmaqda çətinlik çəksə də digər quzular kimi normal qaçıb, yeriyir, həmçinin qoyun-quzu ilə birgə gəzir.

Son xəbərlər

Orphus sistemi