Yuxarı

İmişlidə “Prado” motosikletə çırpılıb: 1 ölü, 1 yaralı

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır

Bakı. 29 oktyabr. REPORT.AZ/ İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un xəbərinə görə, rayonun Məzrəli kəndində Füzuli rayon sakini Fəlakət İmanov “Prado” markalı avtomobili idarə edərkən onu qarşıda gedən kənd sakini Vasif Qasımovun idarə etdiyi “İJ” markalı motosikletə vurub. Nəticədə V.Qasımovun sərnişini Fəxrəddin Quliyev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində (RPŞ) araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi