İmişlidə piyadanı maşın vurub

İmişlidə piyadanı maşın vurub 59 yaşlı rayon şəhər sakini xəstəxanaya yerləşdirilib
Hadisə
23 Sentyabr , 2015 00:24
İmişlidə piyadanı maşın vurub

Bakı. 23 sentyabr. REPORT. AZ/ Bu gün axşam saatlarında İmişli rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, İmişli şəhəri, Pənah Həsənov küçəsi, 94 ünvanında yaşayan, 1954-cü il təvəllüdlü Mübariz Baloğlan oğlu Qənbərli yolu keçmək istəyərkən "Niva" markalı avtomobil tərəfindən vurulub.

Müxtəlif bədən xəsarətləri alan yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı İmişli rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi