İmişlidə piyadanı avtomobil vurub

İmişlidə piyadanı avtomobil vurub Hadisə Məzrəli kəndində qeydə alınıb
Hadisə
28 Aprel , 2017 23:11
İmişlidə piyadanı avtomobil vurub
Report.az

İmişli. 28 aprel. REPORT.AZ/ İmişlidə piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Məzrəli kəndində qeydə alınıb.

Belə ki, toydan evə qayıdan həmin kəndin sakini, 39 yaşlı Yasər Mürşüd oğlu Nərimanovu yolda minik avtomobili vurub. Müxtəlif dərəcəli xəsarətlər alan piyada İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi