İmişlidə motosikl avtomobillə toqquşub, xəsarət alan var

İmişlidə motosikl avtomobillə toqquşub, xəsarət alan var Faktla bağlı araşdırma aparılır
Hadisə
19 Aprel , 2017 10:53
İmişlidə motosikl avtomobillə toqquşub, xəsarət alan var

İmishli. 19 aprel. REPORT.AZ/ İmişli rayonunda 1 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin Depo məhəlləsi ərazisində qeydə alınıb. 

Belə ki, şəhərin M. Müşfiq küçəsində yaşayan, 39 yaşlı Cahid Misirxan oğlu Heydərov idarə etdiyi motisikletlə hərəkətdə olarkən minik avtomobili ilə toqquşub. Nəticədə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan motisklın sürücüsü İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra o, reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi