Yuxarı

İmişlidə “Mercedes” su kanalına düşüb - FOTO

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib

İmişli. 27 sentyabr. REPORT.AZ/ İmişlidə minik avtomobili yoldan çıxaraq su kanalına düşüb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Rayonun Qaralar kənd sakini Rəcəb Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq kənardakı su kanalına düşüb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi