İmişlidə “Mercedes” digər maşına çırpılaraq dərəyə aşıb, sürücü yaralanıb

İmişlidə “Mercedes” digər maşına çırpılaraq dərəyə aşıb, sürücü yaralanıb Hadisə ötən gün axşam Bəcirəvan kəndi ərazisində qeydə alınıb
Hadisə
25 Sentyabr , 2016 10:00
İmişlidə “Mercedes” digər maşına çırpılaraq dərəyə aşıb, sürücü yaralanıb

İmişli. 25 sentyabr. REPORT.AZ/ İmişlidə sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Bəcirəvan kəndi ərazisində qeydə alınıb.

İmişlinin Qaravəlli kənd sakini, 36 yaşlı Yəhya Babək oğlu Əhmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən qarşıda gedən maşına çırpılıb. Nəticədə “Mercedes” yoldan çıxaraq dərəyə yuvarlanıb. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Yəhya Əhmədov İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı İmişli rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi